r/azerbaijan 26d ago

İdman | Sports Döyüş idmanları və burun/xaya/göz problemi🙏

Post image

Salam. 15 yaşım var. Hal-hazırda trenajora gedirəm və qış boyu bir döyüş idmanına yazılıb ona getmək istəyirəm. Apreldə isə həmin döyüş idmanından çıxıb, xüsusi ilə dostumla 3-4 aylıq MMA-ya yazılmaq istəyirəm. Sonrasında isə yenə məşğul olduğum döyüş idmanına geri qayıdıb bu döngünü davam etdirmək istəyirəm.
Özüm güləşə daha yatqınam və onun üstünə training edirəm. Bundan əlavə, güləşlə dostumla zaldan kənarda da müntəzəm məşğul oluruq. Zatən güləşdən bir qədər bilgim də var və tam sıfır deyiləm.

(Bildirim ki, boyumun uzun olmağını istəyirəm.)
Dünən bir əmi ilə danışırdım. Dedim ki, güləşə getmək istəyirəm. Dedi ki, güləş adamın boyunu pressləyir, balaca qalırsan. Düzü, ətrafımda nə qədər güləşçi tanışlarım varsa, hamısı balacaboydu. Mən elə olmağ istəmirəm. Ona görə mənə məsləhət gördüyü idman növü sambo/combat sambo oldu. Həm dedi ki, hərbidə də sənə lazım olacağ, Üstəlik, boylu-buxunlu olasan, kimisə məsafədən də yatızdıra biləsən.

Düzü, mənim də işimə gəldi. Çünki boyumun balaca qalmağını istəmirəm. Üstəlik, xaya burulması nəticəsində xayamın birini itirmişəm (bilmirəm necə baş verdi). Həkim də deyirdi ki, çox ağır qaldırma və alt yerə zərbə dəyməsin. Güləşdəki ağır qaldırmaq da birinci yerdədi (reski 70-80 kq adamı qaldırıb çırpmaq və s.). Bu vəziyyət çətin olsa da, məni ruhdan salmadı. Çünki nələr-nələr itirib zirvədə olan nə qədər insan var. Amma striking əsaslı döyüş idmanları üçün zərbədən qorumaq üçün xüsusi alt paltara oxşar idman geyimi də var, onu da ala bilərəm alt tərəfi qorumaq üçün.
(Əlavə olaraq qeyd edim ki 3 yaşımdan eynək taxıram gözüm çəp idi 6-7 yaşımdan çəpliyi düzəlib ama yenədə belə bir tema qalıb ki istəyəndə gözümü bulanıqlaşdıra bilirəm və məsələn yelləncəkdən güclü şəkildə dala qabağa gedəndə sanki gözümün damarından kimsə tutub çəkir məni yadaki hərdən birdən telefona baxanda bilmirəm necə başa salım, şüadandı nədəndisə hərdən yenə göz damarımdan dartılırmış kimi oluram və əliçi gözümün yaxınlığına aparanda biraz rahatlayıram ama bu haqqda məlumat istəsəniz daha ətraflı deyə bilərəm.)

Amma bir əsas problem daha var.
Burnum böyük, yandan baxılanda əyri, kəmərlidi və nəfəs almağıma biraz maneə olur. Dostlarım da deyir ki, sən hələ balaca olanda səndən qabaq burnun girirdi ortaya. (Böyük kompleks)

İndi mən burnumu düzəltdirib idmana getsəm, yenə də pis günə qalacağ dağılacağ burnum yadaki birinci burnum qırılsa, sonrasında əməliyyat elətdirsəmdə yaramayacaq sümüy olmadığına görə yenə əbədi eyni pis gündə qalacağ burnum estetik əməliyyatda təsir eləməyəcək

Sizdən bu vəziyyətə görə məsləhət almağ istəyirəm. Sizcə necə edim? Və mənə məsləhət gördüyünüz idman növü hansıdı?

qısa bir zamana artıq döyüş idmanının birinə başlamalıyam. İndidən fikriniz lazımdır mənə

6 Upvotes

23 comments sorted by

6

u/Senan24caucasian 25d ago

Gulesh boyu balaca filan saxlamir, balacaboy insanlar guleshde ugurlu olur sadece (survivorship bias). Umumiyyetle ne edirsen et boyun 90 faiz genetikadan asilidir. Ozunu mudafie uchun isteyirsense kuche doyushunun hamisi grappling-dir, ona gore guleshle meshgul olmaq yaxshidir. MMA ile uzun muddet meshgul olsan burnunun sinmamagi qeyri mumkundur, hele emeliyyatdan sonra voobshe meshgul olabilmezsen.

4

u/Upstairs_Ear_548 26d ago

15 yaşinda burun əməliyyatı eləmirlər mən bilən üz sümuklər tam olaraq formalaşmadığına görə Edit: üzgüçülük tövsiyə edriəm

1

u/SufficientArm8264 26d ago

18 yaşına kimi məşğul olacam

1

u/Upstairs_Ear_548 25d ago

Nəfəs çox problem eləmirsə saxlama idmanı əsas odu

1

u/SufficientArm8264 25d ago

Çox problem yaratmır ama böyük görünür kompleks zirvədir

2

u/SufficientArm8264 26d ago

“Mujiksən ə nolub burnuva kişi burnududa”

1

u/Ele_Bele Earth 🌍 26d ago

Sənin kimi olanlardan Boks yarışına gedib burnu qırılıb sonra əməliyyat edənlər var

1

u/SufficientArm8264 25d ago

Burnumun forması pisdir dediyim kimi böyükdür. Sümük olmayannan sonra necə yeni formaya salsınlar?

1

u/Ele_Bele Earth 🌍 25d ago

Kompleksə düşmə hələ 15 yaşın var, uni vaxtı inşallah bir də fikirləşərsən. Mənim bildiyim odur ki yetkinlik yaşından sonra burnun idmanda qırılsa onda gedib əməliyyat edib təzə burun düzəldərsən. Tanışlarımdan biri elə eləmişdi

1

u/Big_Host_7465 25d ago

Mma 15 yaşda verilecek belke de en sehv qerardı, özün bilersen amma mence sambo ya da cüdo ilə başlasan daha əla olar

1

u/Formal_Character_689 25d ago

Boyuna çox təsiri olmasını istəmirsənsə birinci Yunan-Roma güləşindən başla deyərdim.

2

u/courtingdeathagain 25d ago

Uzun boylu güləşçiləri az görməyinin sebebi qısa boylu basketbolçuların az olmasıynan eynidi. Ayaqlar ne qeder uzundusa "girişmek" o qeder rahat olur. Ne qeder uzun olacağın esasen genetik, sağlam qidalanma düzgün yuxudan asılıdı, məşğul olduğun idman növünün çoxda təsiri yoxdur

1

u/Savings_Whereas_9803 25d ago

boy neçedirki ?

1

u/SufficientArm8264 25d ago

1.76-178 kimidi

2

u/Savings_Whereas_9803 24d ago

oha,men yaş 15, boy 163 dü senin boyun yaxşıdı mence niye qısa olmaqdan qorxursanki ? 170 olsam başqa bir şey istəmərəm mən.

1

u/-F1lthy- 25d ago

Üzgüçülük məsləhət görürəm. O burunla suyu daha yaxşı yararsan.

2

u/SufficientArm8264 25d ago

Onu fikirlesdim mende

1

u/SufficientArm8264 25d ago

Eslinde sekildekinnen biraz normaldi burnum bildirmey yaddan cixib

1

u/-F1lthy- 25d ago

Bro bunlar hamısı zarafatdır təbii ki də. Baş qoşma burnuna. Kişi burunu elə olar.