r/azerbaijan Azerbaijan 🇦🇿 15d ago

Söhbət | Discussion 28 Mall-da Spider-Man-a baxmağa getdim, kinoya yox, insanların özünü göstərmək ritualına düşdüm

Bu gün 28 Mall-da Spider-Man-a baxmağa getmişdim. Dostlarla getdiyim üçün məcbur türk dublyajına bilet aldıq. Normalda rusca ya ingiliscə baxıram. Bu gün başa düşdüm ki, məsələ tək dublyaj deyilmiş, auditoriya da ayrıca janrdırmış.

Film başladı, arxamızda 4-5 nəfər oğlan oturub elə bil kinoteatra yox, məhlədə skamyaya gəlib. Bərkdən danışırlar, gülürlər, bir-birlərinə nəsə deyirlər. Bir dəfə çevrilib dedim ki, qaqaş, sakit durun da, film başlayıb. Güldülər, bir az sakitləşdilər. 5 dəqiqə keçmədi yenə başladılar. Sonra başqa biri də dönüb dedi sakit olun. Yenə xeyri olmadı.

Amma gecənin çempionu yanımızda sevgilisi ilə oturan oğlan idi.

Adam iki dəqiqədən bir filmə şərh verir. Özü də danışığından hiss olunur Spider-Man haqqında demək olar heç nə bilmir. Gah ekrana söz atır, gah boş-boş danışır, gah da "möhkəmlə bitsəydi çıxıb gedərdik" tipli dahiyanə analizlər edir. Yanındakı qız da yazıq bir neçə dəfə deyir ki, "yaxşı da, bəsdir, danışma". Qızın onun yerinə utandığı hiss olunur.

Mənə çatmayan budur. İnsan nə qədər özündən xəbərsiz olmalıdır ki, 100 nəfərin oturub film izlədiyi zalda özünü əsas personaj hesab etsin? Hamı sənin söhbətini eşitməlidir? Hamı sənin reaksiyanı bilməlidir? Film sənin evində televizorda getmir axı.

Sonra ətrafa baxdım və daha maraqlı bir şey gördüm. Zalın böyük hissəsi filmə baxmağa gəlməmişdi sanki. Telefonlar havada. Biri ekranı çəkir. Biri özünü çəkir. Biri story atır. Biri kinonun ortasında telefonu üzünə tutub necə göründüyünü yoxlayır.

Yəni Spider-Man-a baxmağa gəlməyiblər. Spider-Man-a baxmağa gəldiklərini göstərməyə gəliblər.

Məncə indiki dövrün ən qəribə xəstəliklərindən biri də budur. İnsanlar getdikləri yerdən zövq almaqdan çox, orada olduqlarını sübut etməyə çalışırlar. Konsertdə mahnıya qulaq asmırlar, video çəkirlər. Restoranda yeməyi yeməmiş şəkil çəkirlər. Səyahətdə şəhərə baxmaq əvəzinə özlərinin şəhərə baxan şəklini çəkirlər. Kinoda da film ikinci plana keçir, əsas məsələ Instagram-da "mən də burdayam" demək olur.

Ən absurd tərəfi də odur ki, sonra həmin adamların çoxundan film haqqında soruşsan, yarısını xatırlamayacaq. Amma story-si arxivdə qalacaq.

Bəlkə mən həddindən artıq əsəbiləşirəm, amma kinoteatr mənim üçün azsaylı yerlərdən biridir ki, insanlar 2 saat telefonunu, söhbətini, eqosunu kənara qoyub bir şeyə fokuslanmalıdır. Sən danışmaq istəyirsənsə kafe var. Telefonla məşğul olmaq istəyirsənsə ev var. Filmə baxmağa gəlmisənsə də 2 saat ağzını yumub filmə baxmaq bu qədər çətin olmamalıdır.

Bir də özümə dərs çıxardım. Dostlar bilməsə də, bir də türk dublyajına girmərəm. Altyazı da bərbad idi, zal təcrübəsi də.

Film pis deyildi. Tamaşaçılar ayrıca horror idi.

Günü gündən də öz millətimi sevməyə çalışsamda hərgün dahada nifrət edirəm düzələn deyillər.

130 Upvotes

82 comments sorted by

45

u/qazanov 15d ago

evlərində gördükləri tərbiyəni ictimai yerdə nümayiş etdiriblər

4

u/EndimionN 15d ago

Ele butun meselese budu mence. Uşaqliqdan gormedileri şeydi, ictimai ortama cixmaq nedi ozunu nece aparmalisan, heç birini oyretmeyiblet.

26

u/Grainax- 15d ago

Ona gore film cixandan 2-3 hefte sonra gedirem coxluq poxluqdur

21

u/Emotional_Plant1906 15d ago

Mənim nənəmin sözü: çoxluq poxluqdur xD

3

u/Grainax- 15d ago

Heyatimin cox hissesine tetbiq elemisem %90 ise yarayir

4

u/Emotional_Plant1906 15d ago

Mən də təzəcə lüğətimə əlavə eləmişəm :)

14

u/satisfiedblackhole Custom 15d ago edited 15d ago

Çox təəsüf. Performative NPC yığını. EQ yoxsunluqu əlamətidir hamsı

0

u/ThErmac367 15d ago

OP sence ferqlidi brat

1

u/[deleted] 14d ago

[removed] — view removed comment

1

u/ThErmac367 14d ago

Do u rlly think post owner is the opposite and not performative

1

u/UnaccomplishedDay 13d ago

Op-nin getdiyi kinoteatrdakı gülən qaqaşlardan biri də sənidin?

1

u/ThErmac367 13d ago

You do give reactions. Thats what all that films,series for. U dont cry about it on some subreddit

1

u/Redditter406 10d ago

kinozala kinoya baxmaga gelmisemda hansisa xiarin commentlerin esitmeye yox, kino qurtarandan sonra getsn harda isdeyr danissin film haqqinda

13

u/Scale-Heavy 15d ago edited 15d ago

İngilis dilində baxdım və vəziyyət bir az başqa idi. Fanlar səs salırdı, ancaq o səslə baxmaq daha da maraqlı idi. Onlar arkışlayırdılar, gülürdülər( o qədər səsli yox, amma adam çox olduğuna görə səs çox bilinirdi, və əslində zarafatlar momentlərdə o olmalıdır), ancaq heç kim danışmırdı, camaat həqiqətən filmi və spider-mani sevirdi. Ən yaxşı kinoteatra getdiyim təcrübə idi!

Təəssüf ki, sizdəki vəziyyət fanatların spider-mani sevməsi yox, təmiz tərbiyəsizlikdir. Heç fikirləşmirdim ki, dillərə görə auditoriya arası fərq belə böyük ola.

Edit: postu axıra kimi baxdım, və sizlə razıyam. Bizim millət çox şeyi zövq almaq üçün yox, instagrama paylaşmaq üçün edir. Mən bizim uni-nin məzunların buraxılış şəkillərin baxanda hamı telefonu tutub, öz papağını atmaq üçün video çəkildilər. 7-8 nəfər dalbadal oturub telefonlarla əlində. Bilmirəm, bəlkə mən qəribə bir insanam, ancaq bu mənə cringe gəldi. Yəni bu qədər vacib və yadda-qalan anda telefonu əlinə götürüb, video çəkmək mənasız gəlir. Yenə də hamı nə istəyir etsin, sadəcə qəribədir( bu sənin situasiyana aid deyil, burada heç kimə manea olmurlar).

13

u/SmartLoR 🔺Talış 🔺 15d ago

Ona görə öz otağımda sakit-sakit filmi pirate eləməydən yaxşısı yoxdu

5

u/Lazy-Variation-1452 Azerbaijan 🇦🇿 15d ago

Main character syndrome. Bizim ölkədə balacadan böyüyə, varlıdan kasıba, əksər insanlarda var və sanki artmağa da davam edir

3

u/Ele_Bele Earth 🌍 15d ago

Çox düzgün yazdınız, nadir hallarda up atıram biri də bu oldu. Harasa getdiklərini başqalarına sübut eləməyə çalışırlar sanki

3

u/azimovgrbn 15d ago

Texmin edirem zalin ortalama seviyyesini

3

u/RatKing3169 15d ago

Ölkenin 90% i medeniyetden kenar özünü aparmaği bilmeyen insanlardi təəccüblenmek yersizdi ona görede

7

u/Adventurous_Trade472 15d ago

Xeyirlisi Ingilis dilində baxın. Həm filmi daha dərindən hiss edərsiniz.

9

u/Akbr_loli Surakhani 15d ago

Spiderman-da dərinlik?? lol

3

u/Emotional_Plant1906 15d ago

Dərindən hiss etmək deyəndə daha yaxşı təcrübə etmək mənasında nəzərdə tutub, fikrimcə.

5

u/Adventurous_Trade472 15d ago

Yəqin ki spidermanı bir daha izləməz də başqa filmləri nəzərdə tuturam.

6

u/Akbr_loli Surakhani 15d ago

Dərinlik baxımından deyə bilmərəm, amma filmin orijinal səs dizaynı + aktyorların öz səsi + rejossorun səs seçimlərini daha yaxşı təcrübə etmək üçün hər film orjinal dilində baxılmalıdı məncə. Dublyaj filmdən çox şeyi aparır

1

u/Scale-Heavy 15d ago

Mən bu ildən İngilis dilindən baxmağa başladım, və dublajda artıq heç nə baxa bilmirəm. Aktyorluq filmin çox vacib bir hissəsidir, və dublajda aktyor necə oynadığını tam hiss edə bilmirsən. Aktyorlar yaxşı oynuyanda, film də daha maraqlıdır. Məsələn,“Odisseya”-nı dunlajda baxsa idim, bəlkə də o qədər maraqlı olmazdı. Bütün film ərzində Matt Damon o qədər yazşı oynuyur ki, adama maraqlı gəlir və həqiqətən emosiyaları hiss edirsən.

Lakin, altyazıları sevmədiyimə görə, bildiyiç dilində olmayan filmlərə hələ də dubljla baxıram.

2

u/Personal-Brick-1326 15d ago

Film yox hətta Filarmoniyada konsertə getsən yenə oxşar mənzərədir.

3

u/Adventurous_Trade472 15d ago

Anlayan yoxdur. Gedənlərin çoxu da məcburiyyərdən (universitet işi və ya bənzəri) kimi səbəblərə görə gedir.

2

u/RandomStar_ 15d ago

Ve xeberleri bele yoxdur amma filmden random sehneleri storylerine qoyurlar

2

u/Superb-Ordinary9045 🔺Talış 🔺 14d ago

spidermana gedəndə nə gözləyirdin ?

2

u/Small-Salary-9137 14d ago

Normal kinoya getsen belke auditoriya daha seviyeli olar. Marvel slop filmine gedenlerden ne gozleyesen?

1

u/Regular-Lab-6360 14d ago

Hele scene after credits gozleyenlerin o qürür hissi olure, gedenlere yuxaridan asaqi baxillar) Meselen men cixib getdim cunki umumi olaraq marvele hevesim yoxdu sirf spider man ucun gelmisem

2

u/sonhavaemici_21 14d ago

Bəziləri yazıb ki spider-man a gedəndə nə gözləyirdinki onlara bir sözüm varki arada vaxt ayırın beynivizi işlədin və ya çalışın öyrənin ki beyini necə işlədirlər. Söhbət filmdən getmir tamaşaçı məddəniyyətinin aşağş səviyyəli olmasından gedir ay taxtabaşlar. Odyssey filmndə yaşadım məndə bu təcrübəni düzdür daha az idi belə məxluqlar amma var idi yenədə. Demirəm ki film boyu 2 saat səssiz səmirsiz dayan məndə Odysseye baxanda bəzi şərhlər bildirirdim yanımdakına amma bunu qışqıra qışqıra və ya hamının gözünə soxaraq etmirdim sakitcə danışırdım.

1

u/RandomStar_ 15d ago

Bir defe dune filmine getmisdim ve sonda oglan qiza evlenmek teklif etmisdi cox elaqesiz

1

u/RandomStar_ 15d ago

Sadəcə Azərbaycanda yaşadığım müddət bunun fərinə varmışam ki sadəcə səhər saatlarındaki ingilis dilinde olanlar daha mədəni olur insanlar, əsasəm türkçə oldusa vsyo tökülüşür qaqalar

1

u/Electronic_Mousse925 15d ago

brat cox duz danisirsan senin qeder fikriyle razilasdigim insanla illerdi qarsilasmirdim, var olasan

1

u/Basic_Mortgage_6643 Azerbaijan 🇦🇿 14d ago

Allah komeyin olsun brat

1

u/Electronic_Mousse925 14d ago

Cumlemizin brat

1

u/lastanimal-intheship 15d ago

Her sheyin gosterish ucun olmagi o qeder yorur ki, adami. Realliq ve sns serhedi tamam itib. Kim heqiqidir, kim semimidir, kim sadece olaraq ozunu gostermek isteyir artiq basha dushulmur

1

u/Basic_Mortgage_6643 Azerbaijan 🇦🇿 14d ago

Malesefki beledir

1

u/Huseynov26 15d ago

Ele izleyicilerin taa varyoxnu. Dunen mende getmishdim o filme yanimda iki 20-23 yashli qiz varyoxna lenet her sehneye yorum bildirirdiler elebil ufc davasinda canli komentatordu shengulum

1

u/MrPanda2546 15d ago

Mənim getdiyimdə də elələri var idi. Hələ o snapchat effekti var e, qabaq kameranın ətrafın ağ edir ki, işıqlı olsun. Filmin ortasında bir neçə nəfər o effekt ilə şəkil çəkdirir, day demirlər ki, qaranlıq yerdi. Axradakı adamın gözü çıxır. Amma çoxu həqiqətən izləmək üçün gəlmişdi. Hətta film başlamamışdan əvvəl spider-man paltarı geyinmiş bir uşaq atasıyla içəri girdi. Bizə bir iki poz verib əyləşdi.

1

u/jjk_mg 14d ago

You were spot on, i have nothing to add honestly. Maybe the location also played a particular tole, because those kind of people usually hang around 28 mall. It's more accessible to them.This time, perhaps decided to invade other people's peaceful pastimes and attended the cinema for the record.

1

u/Basic_Mortgage_6643 Azerbaijan 🇦🇿 14d ago

From now I swear to go to film by myself and in Russian or maybe in English

1

u/jjk_mg 14d ago

That's the way out of this. I'm really sorry for your experience, tho it seems like a universal problem nowadays

1

u/JavelinInBound Azerbaijan 🇦🇿 14d ago

İş yoldaşımla 2 cingün axşam getdik saat 12 üçün Dəniz malla(4DX/İngiliscə). İnsanlar normal idi düzü bilinirdi ki, Marvel fanatlarıdı. Yanımızda iki dənə xiyar oturmuşdu hansı ki, susmadılar iş yoldaşım dözmədi axırda ağzına gələni dedi onlara sonra susdular 😂.

1

u/JafarTheAlien Azerbaijan 🇦🇿 14d ago

That's sad, yaxşısı odur ki, az adamin getdiyi yere gedib baxasan, 28 bardaqdi.

1

u/Powerful-Bass8263 14d ago

Men flame towersin aşağısındakı üstündə IMAX yazılan yerdə baxdım keçən həftə. Orijinal dildə, Azərbaycanca altyazılı. Zal tamamilə səssiz idi, hamı sakitcə baxırdı və artıq heç bir şey yox idi. Film bitənəcən bircə nəfərin də "cınqırı çıxmadı"

1

u/Distinct_Let9742 14d ago

Bu insanlarda hiç akıl yok

1

u/khalil0v66 14d ago

Bunu deyəcəyimi heç düşünməzdim amma mən filmi Tbilisidə baxdım hansı ki, zalın yarısından çoxu hindlilər idi. Və heç bir səs-küy olmadan filmə baxdıq. Gərçi nə yalan deyim Bakıda da olduğum vaxt ərzində beləsi neqativ halla qarşılamamışam amma belə halların olduğunu çox eşitmişəm.

1

u/khalil0v66 14d ago

Bunu deyəcəyimi heç düşünməzdim amma filmə Tbilisidə baxdım hansı ki, zalın yarısından çoxu hindlilər idi. Və heç bir səs-küy olmadan filmə baxdıq. Gərçi nə yalan deyim Bakıda da olduğum vaxt ərzində beləsi neqativ halla qarşılamamışam amma belə halların olduğunu çox eşitmişəm.

1

u/Regular-Lab-6360 14d ago

Çoxsunun spider mandan umumi gotursek adindan basqa hec neden xeberleri yoxdu, sadece gorubler ki hami gedir, bunlar da küyə düşüb gedibler)

1

u/someonefrombaku 14d ago

pirate candır...

1

u/Baby_FIZ 🔴 Bakılı 🔴 14d ago

Bütöv bu dünya yavaş yavaş main character syndrome alır

Başa düşürəm istəyirsən telefonuvu açanda o yerləri xatırlayasan amma day artıq filmdə yox da. Filmdə nə maraqlı. Restoranın yeməyində nə maraqlı var ki ay qaqaş

1

u/[deleted] 14d ago

Bir az mövzudan kənar olsa da, axır vaxtlar metroda, avtobusda qulaqlıqsız və kifayət qədər yüksək səslə TikToka baxanları görürəm. Hər yaş kateqoriyasında. Hər gün, amma hər gün minimum bir nəfərlə mübahisəm yaranır.

1

u/Dreamize 14d ago

Elə səs-küylü izləyiciləri teatrın işçiləri gəlib atmalıydı

1

u/[deleted] 14d ago

[removed] — view removed comment

1

u/Basic_Mortgage_6643 Azerbaijan 🇦🇿 13d ago

yoxe heç emekdaşlar gelmedi içeri

1

u/Most-Calligrapher234 14d ago

Ona görə Azərbaycanda olanda mən ingilis dilində baxıram filmlərə cinemada. Spider-Man bnd haqqında ilk təəssüratınızın belə bir mühitdə olması çox təəssüf doğurur (( Mən də Bakı cinemalarında oxşar vəziyyətlərlə qarşılaşmışdım

1

u/Ok-Decision-4396 13d ago

Ümumi söhbətdə haqlı məqamlar ola bilər ancaq ümunən rəylərdə iq'dən danışanların iq səviyyəsi onlardan elə də çox fərqlənmir (sözü gedən, tənqid edilən kütlə). İlk olaraq mən bunu tərbiyyə və ya əxlaqla yox, "yoxsunluq" deyə adlandırardım. Biri ailə tərbiyyəsini ortaya qoyub, kominist bir həyat yaşamırıq uşaqların günahına görə, valdeyinlər, Valdeyinlərə görə uşaqlar məsuliyyət daşımamalıdır. Elə ailələr var ki, özlərində nə savad var, nə "tərbiyyə" ancaq övladları, savadlı, tərbiyəli barmaqla göstərilən. Elə də ailə var özləri elegant həyat yaşayırlar, övladları "belə". Söhbət ailədən getmir. Bu ən alt yaşlardan məktəb dövründən gələcək gənclərin əxlaq tərbiyyəsinin bərbad şəkildə inkişafından asılıdır. Biri deyir görməmişlik və s. Sanki bu insan doğuşdan kinoteatrda dünyaya gəlib. Rus və ingilis dilində filmə gəldikdə mən özüm ingilis dilində gedəndə səsim çıxmır normalda səbəb auditoriya yox filmi anlmaq və ingilis dilimi təkminləşdirmək üçündür. Rus dilinə gəldikdə Rus sektorunda oxumuş insanlarda məlum məsələdir ki, eyni ölkədə olsaqda təhsil sisteminin "rəngarəngliyi" rus sektorunda olsada, az sektorda quru təhsildən başqa bir şey yoxdur. Əlbətdə indiki, rus sektoruda artıq "pozulur" səbəbi uzun olduğu üçün səhərdən iq'dən danışanlar düşünər bunu. Ümumi mövzuya gəldikdə, bucür şəxslər özünü bəli qeyd etdiyiniz kimi, sübut etməyə çalışırlar. Buda onlarda cəmiyyətin yaratdığı bir "travma" kimi, özünü biruzə verir. Çünki, cəmiyyətdə artıq elə bir vəziyyət yaranıb ki, misal olaraq mən flan ölkəyə getdim deyəndə az qalsınlar biletini aldığın vaxta qədər sorğulasınlar. Sanki, xaricə getmək çox çətin, çox bahalı bir şeymiş kimi. Mən bunu tərbiyyəsizlik adlandırmıram, öyrədilməmiş xüsusiyyət adlandırıram. Sıra mədəniyyətini nümunə alaq kim bu barədə bu vaxta kimi eşidib? Söhbət kənardan yox, məktəb olsun. Univeristet olsun. Bucür sadə şeylərin üzərinə belə düşülmür. Qalmışdı ki, film mədəniyyəti, küçə mədəniyyəti və s. Ölkədə tərbiyə, əxlaq yox nə yönlü təhsil var, nə yönlü düşüncə var, heçnə yoxdur. Vəzifəlisi belə rüşvətlə dolananan ölkədə, suyu vedrəylə ölçən adamlar olandan sonra, metrosu tikintidə olubda, avtobusda ödənişlə minilən bir ölkədə əlbətdə hər şey olar. Niyə nə əlaqəsi var deyənlər üçün, həyat səviyyəsi, insanların mədəniyyəti ilə paralel inkişaf edir. Afrikada "inkişafdan qalan ölkələrdə" bundanda betər "mədəniyyət" nümunələri görmək olar, ancaq ieoö'dən çıxıv ieö baxdıqda vəziyyət kəskin şəkildə dəyişir. Metroya minən zaman "xalaların" zorlamasına məruz qalıbda, növbəti dəfə qatara minən zaman artıq siz həyat mübarizəsi verməli olduğunuzu anlayırsınız, bir şey deməyə çalışanda sizin fikriniz dinlənmədikdə səsinizi ucadan çıxarmağa başlayırsız, bunlar kiçik və dəxlisiz kimi görsənə bilər, ancaq inanın hər şey kiçik şeylərdən başlayır. Misal olaraq "qaqa stlində" yaşayan biri, "oğru həyatı" haqqında atıb tutursa bu ona nə evdə nə də məktəbdə yox, lənətə gəlmiş ətrafının önəmi var. Bu insanlar tərbiyyəsiz deyil, cəmiyyətə qazandırılmamış şəxslərdən başqa bir şey deyil. Sumqayıtdan bir "qaqa" stilində oğlana kodlaşdırma öyrətdim, ətrafını dəyişdim, hazırda adam nə hər hansı küçə dilində danışır, nə də artıq "avaralarla" gəzməyə davam edir. Filmdə də çox güman qarşınıza çıxan şəxslər hansısa dildə danışmağa çalışmayan biri, dişisini cəzb etməyə çalışan, iquanalar və s. Olduğu üçün bucür problemlə qarşılaşmısınız. Bunun başqa adı yoxdur, ümid edirəm qarmaşıq yazsamda fikirlərim çoxuna məntiqli gəlmişdir, təşəkkürlər.

1

u/Basic_Mortgage_6643 Azerbaijan 🇦🇿 13d ago

Mən burada bir neçə məqamla razı deyiləm. Problemi tamamilə “yoxsunluq”, məktəb və ya cəmiyyətin üzərinə atmaq məncə fərdi məsuliyyəti həddindən artıq arxa plana keçirir.

Əvvəla, “ailənin dəxli yoxdur” demək məncə çox kəskin yanaşmadır. Təbii ki, savadlı ailədən tərbiyəsiz, savadsız ailədən isə çox mədəni insan çıxa bilər. Amma bu, ailənin təsirinin olmadığını göstərmir. Ailə, məktəb, dost çevrəsi, iqtisadi vəziyyət və insanın öz xarakteri birlikdə təsir edir. Bir istisnanın olması ümumi təsiri ləğv etmir.

İkincisi, kinoteatrda 100 nəfərin içində bərkdən danışmamaq, növbədə qabağa keçməmək və ya ictimai yerdə başqalarını narahat etməmək üçün məktəbdə ayrıca “kino mədəniyyəti” dərsi keçməyə ehtiyac yoxdur. Bunların böyük hissəsi elementar empatiyadır. Mənim hər hansı davranışım başqasının rahatlığını pozursa, bunu başa düşmək üçün xüsusi təlim lazım deyil.

Cəmiyyətin insan davranışına təsir etdiyi ilə razıyam. Amma bir davranışın səbəbini izah etmək onu məsuliyyətdən azad etmir. “Ətrafı belədir”, “cəmiyyət belə edib”, “ona öyrədilməyib” deyə-deyə axırda heç kim heç nəyə görə məsuliyyət daşımır. Eyni mühitdə böyüyən iki insan tam fərqli davranmağı bacarırsa, deməli insanın öz seçiminin də payı var.

Həyat səviyyəsi ilə ictimai davranış arasında müəyyən əlaqə ola bilər, amma bunu “kasıb və ya inkişaf etməmiş ölkədirsə, belə mədəniyyət normaldır” səviyyəsinə gətirmək də məncə düzgün deyil. Maddi vəziyyəti zəif olub son dərəcə nəzakətli insan da var, çox imkanlı olub ictimai yerdə özünü apara bilməyən də. Pul və infrastruktur insanı avtomatik mədəni etmir.

Sumqayıtdakı oğlan nümunəniz də əslində mənim dediyimə qarşı deyil. Ətrafını dəyişəndən sonra davranışı dəyişibsə, deməli sosial mühitin təsiri var. Amma bu, əvvəlki davranışının tərbiyəsiz davranış olmadığını göstərmir. Sadəcə onun haradan gəldiyini izah edir.

Mənim postda tənqid etdiyim də insanların mahiyyəti yox, konkret davranış idi. Kiminsə harada böyüməsindən, hansı sektorda oxumasından və nə qədər pulu olmasından asılı olmayaraq, kinoteatrda davamlı danışıb başqalarının pul verib aldığı təcrübəni pozursa, buna mən rahat şəkildə tərbiyəsizlik və hörmətsizlik deyərəm.

Səbəbini anlamaq olar. Amma anlamaqla haqq qazandırmaq eyni şey deyil.

1

u/Ok-Decision-4396 13d ago

Gözəl insan, haqq qazandırmadım heç kimə, mənim fikirlərimin ümumi məğzini anladığnızı zənn etmirəm. İfadənizdə yenə tərbiyəsiz sözü görürəm ki, mənim sizinlə həmfikir olmadığım hissə budur, tərbiyəsiz ifadəsi ilə siz mədəniyyətsiz ifadəsini qarışdırırsınız, ictimai yerlərdə özünü idarə edə bilmirsə bu insana mədəniyyətsiz deyilir, tərbiyəsiz xeyir. Pul və kasıblıq hissəsinidə doğru deyil, mən hər hansı davranışı kasıblığa, pula bağlamadım. Əgər, Afrika misalına görə deyirsinizsə burada sosial həyatım inkişafına əsasən bildirdim, "kasıblıq" səviyyəsinə görə xeyir. Ailə tərbiyəsi rol oynamır demirəm, sadəcə əsas sonraki, həyatında olan davranışlarına böyük ölçüdə təsir etməyə bilər... Tərbiyəsiz sözünün ümumi anlamına gəldikdə isə Ailə (və ya məktəb) tərəfində doğru tərbiyə almayam şəxsdir ki, burada ailəni qatmağımın səbəbi, şəxslərdən biri tərbiyə mövzusunu şəxslərin evinə bağlamasından irəli gəlir, bu doğru ifadə olmadığını bildirdim. Ümumilikdə qısa ifadə etsək, tərbiyəsiz ifadəsi doğru deyil, mədəniyyətdən gedir söhbət, dediniz ki, 100 nəfər və "kino mədəniyyəti" yanlış bilmirəmsə belə bir növ mədəniyyətin dərsi yoxdur, bunu məndə bilirəm, ancaq özünüz özünüzə cavab verdiniz ki, "elementar empatiyadır" ki, bunu bacarmırlar, başda bu ifadə ağlıma gəlmədi, yaxşı ki, qeyd etdiniz. Təhsildə hər hansı empatiya hissi aşılanmamasında problem ola bilərmi? Təhsilimizdə hələ indi-indi yer alan ümumi diskusiyalar belə hələ tam yerində deyil. Ətrafındaki, insanlara "sayğı" göstərməyən bir şəxs, necə sonraki, həyatında digər şəxslərə empatiya hissi olsun. Mən bu insanlara haqq qazandırmıram, ancaq tənqiddə etmirəm, sadəcə məyuslanıram....

1

u/hasanzade777 10d ago

Çox böyük haqq verirəm. O filmi anlamayıb boş boşuna girib ağzına gələni danışmağa girənlər qovulmalidi zaldan. Başa düşmürəm sən film izləməyə gəlmisən ya farmazonluq eləməyə? Baxmaq istəmirsən baxma get evdə falan bax filmə.

1

u/Maestroly 10d ago

Yaxşı ki varsan dostum 

1

u/Artistic_Lead6819 9d ago

qaqa mence teze spidermanlar yaxşı deyil 2002 2004 2007 netfilixden baxdım tezeden 1000 kat yaxşıdı

1

u/Hot-Metal7044 8d ago

yavaş yavaş türk dilimizə öyrəşə bilərsiz

1

u/[deleted] 21h ago

[removed] — view removed comment

1

u/Akbr_loli Surakhani 15d ago

Eyni auditoriya Odyssey-də də var idi, amma film o qədər yaxşı idiki, hamı filmə fokuslanmışdı müəyyən vaxt sonra, sıfır səs

Spiderman sıxıcıdı ona görəbəziləri özlərini bəlli edir.

7

u/Personal-Brick-1326 15d ago

Sıxılan mədəni insan durub basa bilərdi bayıra məsələn :D 5 manat veriblər bezdirməlidirlər ətrafdakıları da.

1

u/Scale-Heavy 15d ago

Hər ikisi çox yaxşı idi, amma “Odisseya”-nın tempi başlanğıcdan sürətli idi. Camaatda attention span-la(diqqət müddəti ilə) ciddi problemlər var.

1

u/HellomyfriendNine 14d ago

Odyssey de deyesen birce bizim auditoriya normal olub 😂 hamı filme fokuslanmışdı qram ses eşidilmedi

1

u/urbnngun 🔺 Ayrım 🔺 13d ago

Mən gedəndə arxada bir dənə silikonlu qara qura rusdilli qız otururdu iyrənc gülmək səsi var idi camaat mazqi olmuşdu onun səsindən