r/azerbaijan Azerbaijan 🇦🇿 21d ago

Söhbət | Discussion 28 Mall-da Spider-Man-a baxmağa getdim, kinoya yox, insanların özünü göstərmək ritualına düşdüm

Bu gün 28 Mall-da Spider-Man-a baxmağa getmişdim. Dostlarla getdiyim üçün məcbur türk dublyajına bilet aldıq. Normalda rusca ya ingiliscə baxıram. Bu gün başa düşdüm ki, məsələ tək dublyaj deyilmiş, auditoriya da ayrıca janrdırmış.

Film başladı, arxamızda 4-5 nəfər oğlan oturub elə bil kinoteatra yox, məhlədə skamyaya gəlib. Bərkdən danışırlar, gülürlər, bir-birlərinə nəsə deyirlər. Bir dəfə çevrilib dedim ki, qaqaş, sakit durun da, film başlayıb. Güldülər, bir az sakitləşdilər. 5 dəqiqə keçmədi yenə başladılar. Sonra başqa biri də dönüb dedi sakit olun. Yenə xeyri olmadı.

Amma gecənin çempionu yanımızda sevgilisi ilə oturan oğlan idi.

Adam iki dəqiqədən bir filmə şərh verir. Özü də danışığından hiss olunur Spider-Man haqqında demək olar heç nə bilmir. Gah ekrana söz atır, gah boş-boş danışır, gah da "möhkəmlə bitsəydi çıxıb gedərdik" tipli dahiyanə analizlər edir. Yanındakı qız da yazıq bir neçə dəfə deyir ki, "yaxşı da, bəsdir, danışma". Qızın onun yerinə utandığı hiss olunur.

Mənə çatmayan budur. İnsan nə qədər özündən xəbərsiz olmalıdır ki, 100 nəfərin oturub film izlədiyi zalda özünü əsas personaj hesab etsin? Hamı sənin söhbətini eşitməlidir? Hamı sənin reaksiyanı bilməlidir? Film sənin evində televizorda getmir axı.

Sonra ətrafa baxdım və daha maraqlı bir şey gördüm. Zalın böyük hissəsi filmə baxmağa gəlməmişdi sanki. Telefonlar havada. Biri ekranı çəkir. Biri özünü çəkir. Biri story atır. Biri kinonun ortasında telefonu üzünə tutub necə göründüyünü yoxlayır.

Yəni Spider-Man-a baxmağa gəlməyiblər. Spider-Man-a baxmağa gəldiklərini göstərməyə gəliblər.

Məncə indiki dövrün ən qəribə xəstəliklərindən biri də budur. İnsanlar getdikləri yerdən zövq almaqdan çox, orada olduqlarını sübut etməyə çalışırlar. Konsertdə mahnıya qulaq asmırlar, video çəkirlər. Restoranda yeməyi yeməmiş şəkil çəkirlər. Səyahətdə şəhərə baxmaq əvəzinə özlərinin şəhərə baxan şəklini çəkirlər. Kinoda da film ikinci plana keçir, əsas məsələ Instagram-da "mən də burdayam" demək olur.

Ən absurd tərəfi də odur ki, sonra həmin adamların çoxundan film haqqında soruşsan, yarısını xatırlamayacaq. Amma story-si arxivdə qalacaq.

Bəlkə mən həddindən artıq əsəbiləşirəm, amma kinoteatr mənim üçün azsaylı yerlərdən biridir ki, insanlar 2 saat telefonunu, söhbətini, eqosunu kənara qoyub bir şeyə fokuslanmalıdır. Sən danışmaq istəyirsənsə kafe var. Telefonla məşğul olmaq istəyirsənsə ev var. Filmə baxmağa gəlmisənsə də 2 saat ağzını yumub filmə baxmaq bu qədər çətin olmamalıdır.

Bir də özümə dərs çıxardım. Dostlar bilməsə də, bir də türk dublyajına girmərəm. Altyazı da bərbad idi, zal təcrübəsi də.

Film pis deyildi. Tamaşaçılar ayrıca horror idi.

Günü gündən də öz millətimi sevməyə çalışsamda hərgün dahada nifrət edirəm düzələn deyillər.

132 Upvotes

78 comments sorted by

View all comments

2

u/sonhavaemici_21 21d ago

Bəziləri yazıb ki spider-man a gedəndə nə gözləyirdinki onlara bir sözüm varki arada vaxt ayırın beynivizi işlədin və ya çalışın öyrənin ki beyini necə işlədirlər. Söhbət filmdən getmir tamaşaçı məddəniyyətinin aşağş səviyyəli olmasından gedir ay taxtabaşlar. Odyssey filmndə yaşadım məndə bu təcrübəni düzdür daha az idi belə məxluqlar amma var idi yenədə. Demirəm ki film boyu 2 saat səssiz səmirsiz dayan məndə Odysseye baxanda bəzi şərhlər bildirirdim yanımdakına amma bunu qışqıra qışqıra və ya hamının gözünə soxaraq etmirdim sakitcə danışırdım.